Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pakistan-Azərbaycan əlaqələri: Tağıyev yoxsa Səfəvilər



Newscenter.az.28.12.2020. İçərişəhəri gəzməyi çox sevirəm və ən çox da çalışıram yaşlı nəsillərlə söhbət edəm. Hərdən anlaşımamazlıq olanda ağsaqqalar mənə “elə bil Moltanı dilində danışırsan” deyirdilər. Fikirləşirdim ki, Bakıda suraxanı dili, tat dili kimi Moltanı dili də yəgin azsaylı dillərdən biridir. Lakin bu günlərdə Pakistan-Azərbaycan münasibətlərinə baxanda gördüm ki, bu söz birbaşa iki dövləti bir biri ilə bağlayır.

Bir çoxları Pakistanın Azərbaycana sevgisini böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərməsi ilə bağlayırlar. Əslində bu addım təqdirəlayiqdir amma Pakistanın sadəcə bu fakta görə Azərbaycana maraq göstərməsi inandırıcı deyil və bunun tarixi kökləri başqa səbəblərlə bağlıdır. Düzü daha dərin tarixə gedib çıxa bilmədim, amma bəzi faktları yazmağı özümə borc bildim. Birinci Pakistan –Azərbaycan münasibətləri Səfəvilər dövrü ilə bağlıdır. Şah Təhmasibin hakimiyyəti illərində Moğol hökmdarı Hümayun 70 nəfər ən yaxın adamıyla Səfəvilərə sığınır. Şah Təhmasiblə görüşərək dövlətinin bərpası üçün ondan yardım etməsini xaiş edir. Şah Təhmasibdə ona 12 min nəfərlik seçmə Qızılbaş ordusu verir. Hümayun həmən bu Qızılbaş ordu ilə geri dönür və bütün düşmənlərini məğlub edərək öz dövlətini bərpa edir. İkinci fakt isə Nadir Şah Əvşar tərəfindən onun Hindistan və Əfqanıstanı istilası zamanı ora apardığı Cavanşirlər, Bayat və Avşar boylarıdır. İngilislərin apardığı siyahıyaalmaya görə, 1901-ci ildə indiki Hindistanın Uttar Pradeş əyalətinə uyğun gələn ərazidə 2877 nəfər, 1911-ci ilin siyahıyaalınmasına görə isə, indiki Pakistan və Hindistan Pəncabında, Dehlidə 1959 soydaşımız yaşayıb. qızılbaş, mərvi, avşar və başqa adlar altında tanınırlar. Az bir qismini çıxmaqla, demək olar ki, hamısı farsdillidir.

Fars dilli olmalarının səbəblərindən biri isə o ərazidə şiələrə olan fərqli münasibət idi. Onlar özlərini türk kimi qələmə versələr də, illər keçəndən sonra fars dilində danışqıdları üçün indi iranlı kimi adlanır bir hissəsi. Bunun səbəbi də budur ki. bura köçən qızılbaşlar; Naxçıvan, Şirvan. Qarabağ, Təbriz və digər ərazilərdən olanlar fars dilində danışmağa məcbur idilər ki, yerli əhali ilə ünsiyyət qura bilsinlər. Bu günün özündə Pakistanda Naxçivani, Təbrizi, Əfşar, Şirvani, Şirvanlı, Bakuvi kimi soyadların olması dediyimizə sübutdur. Məzhəblərarası problemlər ucbatından bir çoxu kimliyini gizlətməli olub və türk dilini və mədəniyyətini zamanla fars dili və mədəniyyəti ilə əvəzləməli olublar. Bu daha geniş araşdırma mövzusu olduğu üçün bu qədər qısa yetər, mövzunun əsas mahiyyəti Moltanı kəlməsinə geri qayıdaq. İçərişəhərdə Multanı karvansarası deyilən yer vardı. Hindistanda, indiki Pakistan ərazisində isə Multan şəhəri olub. Oradan gələn tacirlərin bir çoxu İçərişəhərdəki Multanı karvansarasında yerləşib. Bizimkilər onların dilini anlamadığından xalq arasında “moltanı dili” kimi bir ifadə yaranıb. Bu kəlmənin tarixi o dövrə gedib çıxır. Yəni Moltanı dili Pakistanlıların o illərdə Azərbaycanda çətinliklə Azərbaycanlılarla danışıq dili olub ki, bu dil pakistan-türk dilinin qarışığından yaranıb. Hətta Azərbaycan şifahi xalq yaradıcılğında

Moltanı padşahı adlı nağıl qəhrəmanı da var. Şəki şəhərində Moltanı Məscidi adlı dini ibadətgahın da varlığı Pakistanlıların Azərbaycanın bütün bölgələrində yaşadığını göstərir.

Bu bir daha göstərir ki. Pakistan-Azərbaycan münasibətlərini mütləq şəkildə ciddi araşdırmaq lazımdır. Onların bizdəki irsini, bizim də onlarda.

Dosent Zaur Əliyev


Xəbəri paylaş