Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan xalqı başa çatmaqda olan 2020-ci ili Qələbə ili kimi qeyd etməkdədir



Newscenter.az.29.12.2020. Azərbaycan xalqı və dövləti, bütün Dünya Azərbaycanlıları başa çatmaqda olan 2020-ci ili Qələbə ili kimi qeyd etməkdədir. 2020-ci il Azərbaycanın dövlətçilik və müstəqillik tarixinə Zəfər ili kimi qızıl hərflərlə yazıldı. Azərbaycan Xalqının birliyi, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, sarsılmaz qətiyyəti, Şanlı Ordumuzun yenilməz qüdrəti və hər bir azərbaycanlının monolit birliyi sayəsində ölkəmiz düşmən üzərində parlaq Qələbə qazandı. Rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən uğurlu hərbi əməliyyatlar nəticəsində təcavüzkar Ermənistanın 30 ildən bəri işğal altında saxladığı əzəli Azərbaycan torpaqlarını, o cümlədən Qarabağın ürəyi və milli simvolumuz olan Şuşa şəhərini işğaldan azad etdi. Azərbaycanın “Dəmir yumruq” əməliyyatı uğurla başa çatdı.

Yola saldığımız ildə Birinci-Vitse Prezidentimiz Mehriban xanım Əliyevanın təşəbbüskarlığı ilə milli birlik, həmrəylik ideyası daha da güclənərək Azərbaycanın inkişafına öz dərin töhfələrini verdi. Respublikamızda möhkəm Xalq-İqtidar birliyi daha da möhkəmləndi.

Parlaq Zəfərimizi qeyd edərkən torpaqlarımızın azad edilməsində həyatlarını qurban vermiş Şəhidlərimizi böyük ehtiramla anır və Onların ruhları qarşısında baş əyirəm. Sağlamlığını itirmiş cəsur Qazilərimizin fədakarlığını qiymətləndirir, döyüşlərdə iştirak etmiş hər bir igid əsgər və zabitlərimizin Vətən qarşısındakı xidmətlərinə görə, dərin minnətdarlğımı ifadə edirəm.

İndi daha güclü və qüdrətli olan Azərbaycan Cənab İlham Əliyevin rəhbərliyi altında yeni inkişaf və quruculuq dövrünə qədəm qoyur. İşğaldan azad olunmuş bütün ərazilərimizdə böyük bərpa və quruculuq kimi şərəfli və məsuliyyətli bir işə başlanılıbdır.

Qarabağda yeni həyat və dirçəliş, intibah dövrü, Böyük Qayıdış Proqramı həyata keçirilməkdədir. Dövlət əsas işlərdən biri olan ərazilərin minalardan təmizlənməsini dayanmadan sürətlə davam etdirir, Füzuli-Şuşa istiqamətində avtomobil yolunu çəkilişi irəliləyir, Bərdə-Ağdam dəmir yolu xəttinin yenidən qurulması, tikinti işləri aparılır, həmçinin, Yevlax-Bərdə-Ağdam-Xankəndi dəmir yolunun layihəsinin hazırlanması üzərində iş gedir.
Cənab Prezidentin diqqət və qayğısı sayəsində 2021-ci ildə ölkəmiz öz inamlı inkişaf yolu ilə gedərək daha da qüdrətlənəcək. Dövlət başçısının qeyd etdiyi kimi, “Qarabağ yenidən doğulacaq, canlanacaq, dirçələcək. Qarabağ əsl cənnət məkanına çevriləcək!”.

Əziz həmvətənlərim, Sizi bir daha Zəfər bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, firavan günlər arzulayııram.
Zəfər İliniz mübarək olsun!

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş