Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ankarada İŞİD-in partlayıcı vasitələr üzrə terrorçusu yaxalandı



Newscenter.az.3.01.2021. İŞİD terror qruplaşmasının İraqdakı əməliyyatlarında yaxından iştirak edən terrorçularından biri Türkiyənin paytaxtı Ankarada yaxalanıb.

Bu barədə “Report” “Habertürk”ə istinadən xəbər verir.

Qeyd edilir ki, şərti adı “İbrahim” olan terrorçu paytaxtda gizləndiyi evdə tutulub. O, bir zamanlar avtomobillərə partlayıcı vasitələrin quraşdırılmasını həyata keçirib. Terrorçunun “Kalaşnikov” avtomatı və terrorçularla təlimlərini, habelə avtomobillərə partlayıcı qurğuların yerləşdirilməsini əks etdirən şəkilləri ələ keçirilib.
Xəbəri paylaş