Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özünüməşğulluq proqramı ilə bağlı regionlarda bazar araşdırması aparılacaq



Newscenter.az.3,01.2021. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq müstəvisində özünüməşğulluq proqramı ilə bağlı regionlarda bazar araşdırması aparılacaq.

ƏƏSMN-dən verilən məlumata görə, məqsəd özünüməşğulluq proqramının sosial-iqtisadi səmərəliyinin artırılması, regionlarda kiçik biznes təsərrüfatlarının potensial imkanlarının müəyyən olunmasıdır. Araşdırma nəticəsində əldə olunan məlumatlar 2021-ci ildə və sonrakı illərdə özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsinə, ünvanlığının, proqram üzrə yaradılan biznes təsərrüfatlarının dayanıqlığının təmin olunmasına öz töhfəsini verəcək.

Dövlət başçısının tapşırığına əsasən icra olunan və əmək bazarının inkişafında önəmli rola sahib olan özünüməşğulluq proqramı əməkqabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsinə şərait yaradır. Bu aktiv məşğulluq tədbiri aztəminatlı vətəndaşların ünvanlı yardım sistemindən kiçik biznesə çıxışına, nəticədə gəlir imkanlarını artırmalarına imkan verir.

Özünüməşğulluq proqramının təşkilində bir çox dövlət və özəl şirkətlər, Dünya Bankı, kommersiya bankları, digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq həyata keçirilir, beynəlxalq təcrübə əsasında proqramın tətbiqi mexanizmi daim təkmilləşir, yeni imkanlar araşdırılır.

Qeyd edək ki, son illər özünüməşğulluq proqramının əhatə dairəsi 10 dəfə genişlənib və 2020-ci ildə proqrama cəlb olunanların sayı 12 minə çatıb. Onlar həssas əhali qruplarına aid vətəndaşlardır.
Xəbəri paylaş