Newscenter.az.3.01.2021. Türkiyənin Sivas Cümhuriyyət Universiteti də “TƏK MİLLƏT TƏK ÜRƏK” Hümanitar Platformasına dəstək nümayiş etdirib. Belə ki, sözügedən platforma çərçivəsində Sivas Cumhuriyet Üniversiteti Qarabağ Şəhidlərinin övladları və qazilər üçün 2021/22-ci tədris ilində 50 yer ayırıb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı sözügedən platformanın ideya müəlliflərindən olan millət vəkili Ramil Həsən verib. Deputat bildirib ki, şəhid və qazi övladları təhsil ocağına imtahansız qəbul imkanı əldə etməklə yanaşı, eyni zamanda təqaüd və ödənişsiz yataqxana ilə təmin olunacaqlar.
Anar