Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Avropanın enerji bazarında rolunu artırır



Newscenter.az.4.01.2021. “Azərbaycan Avropanın enerji diversikasiyasında bu ildən mühüm rol oyanmaya başladı. TAP qaz boru kəməri vasitəsilə Avropaya ilk qaz göndərildi. Bu Azərbaycanın enerji üzərindən Avropa ilə sıx əməkdaşlığını genişləndirəcək və ölkəmizə siyasi dəstəyi artıracaq”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TAP Xəzər dənizində "Şahdəniz-2" qaz kondensat yatağından ildə hasil edilən 10 mllyard kub metr qazı Avropaya çatdıracaq:

“Artıq Avropanın enerji bazarında Azərbaycan öz rolunu artırmaqla, Cənubi Qafqazda mühüm bir dövlət olaraq Mərkəzi Asiya ilə qoca qitəni birləşdirmiş oldu. Boru kəmərinin çəkilməsi, Azərbaycanın müstəqil siyasətinin formalşamasına və digər təzyiqləri neytrallaşdırmağa gətirib çıxaracaq. Məhz Azərbaycan belə bir layihəyə başlamaqla, ciddi bir tarixi təzyiqlərlə üzləşdi”.

Politoloq deyib ki, 2016-cı ildən başlayan tikinti işləri Yunanıstandan başlayaraq Albaniyadan keçməklə, İtaliyada ciddi bir əngəllə qarşılaşdı:

“İtaliyanın Leççe şəhərində minlərlə insanlar ekoliji problemi bəhanə edib, boru kəmərinə qarşı etiraz edirdi. Bunun arxasında Beppe Grillonun başçılıq etdiyi “No TAP” ictimai komitəsi dururdu. Bu komitənin də Rusiya ilə ciddi əlaqələri var idi. Bu Rusiyanın "Qazprom" qaz şirkətinə Avropada rəqib olan bir qaz layihəsinə qarşı təzyiqlər idi. İtaliya hökuməti və ABŞ -ın dəstəyi ilə bu əngəldə ortadan qalxdı. Buna baxmayaraq növbəti təzyiq baş verdi. 2020-ci ilin avqust ayında Trans-Adriatik qaz boru kəmərinin inşası ilə bağlı işlərin 97%-i yekunlaşacaqdı. Amma, Rusiya tərəfi növbəti problem işə saldı. Həmin ilin iyul ayında "Cənub Qaz Dəhlizinin" bir neçə kilometr aralıda Ermənistanın bu boru kəmərini nəzarətə alması üçün onu hücuma təşviq etdi. Bu təzyiqlər də nəticə vermədi”.

Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycanın Avropaya nəql edtiyi qaz kəmərləri, daima təzyiq altında ola bilərdi:

“Bu boru kəmərlərinə yaxın perspektivdə Mərkəzi Asiya qazının da qoşulmasını nəzərə alsaq, Rusiyanın bundan sonra da təzyiqləri Ermənistan vasitəsilə aktuallıq kəsb edə bilərdi. Ona görə də Azərbaycan bu məsələlərə son qoymaq üçün Qarabağda əks-hərbi əməliyyatlara başlayaraq ərazilərini işğaldan azad etdi, Ermənistanla sərhəd problemlərinə son qoymağa başaladı. Azərbaycan enerji sahəsində Avropanın yaxın tərəfdaşı olaraq beynəlxalq münasibətlər sistemində dəyişən geosiyasi-geoiqtisadi layihələrdə Avropa İttifaqının Asiyaya açılımında əsas rol aldı”.

Politoloq deyib ki, Azərbaycan yeni geosiyasi nizamda əsas ölkə olaraq təkcə "Cənub Qaz Dəhlizi" və onun əsas seqmentləri TANAP və TAP deyil, Bakı-"Tiflis-Qars dəmir yolu" və digər boru kəmələri vasitəsilə Avropa və Asiyanı birləşdirən arterial bir damar formalaşdırıb:

“Artıq Qarabağ münaqişəsinə son verildikdən sonra "Mehri dəhlizin"açılması gözlənilir. Bu dəhlizin açılması London-Pekin marşutunun açılması deməkdir. Bu meqalayihə nəticəsində Azərbaycan regionun aparıcı ölkəsi statusunu alacaq. Rusiyanın Dağlıq Qarabağdan Azərbaycana qarşı təzyiqləri nəticə verməyəcək. Azərbaycan bu kimi məsələləri də öz lehinə həll edəcək”.

Mehman
Xəbəri paylaş