Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya FHN mütəxəssisləri humanitar missiya ilə Azərbaycana gəlir



Newscenter.az.4.01.2021. Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) 20 nəfərdən ibarət mütəxəssisi Dağlıq Qarabağda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vəzifəsinin yerinə yetirilməsi üçün “IL-76” təyyarəsi ilə Azərbaycana doğru istiqamət alıblar.

“Report” Rusiya FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 nəfərdən ibarət olan qrupa pirotexniklər və xilasedicilər daxildir.

Eyni zamanda təyyarənin göyərtəsində 3 ədəd minatəmizləyən texniki robot avandanlığı da var.

Humanitar missiya çərçivəsində pirotexniklər Ağdam rayonunda işləyəcəklər.
Xəbəri paylaş