Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu günədək Azərbaycanda saxlanılan 58 erməni Ermənistana qaytarılıb



Newscenter.az.5.01.2021. “27 sentyabrda Azərbaycan Ordusu tərəfindən ək-hücum əməliyyatı zamanı düşmən məğlub edilib. Şəhidlərimizin qanı yerdə qalmadı və qisası alındı. 2020-ci il 10 noyabr tarixli 3 tərəfli bəyanatın 8-ci bəndinə əsasən, hərbi əsir, girov, habelə cəsədlərin dəyişdirilməsi həyata keçirilməlidir”.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Dövlət Komissiyası tərəfindən birtərəfli qaydada 2 dekabr, 9 dekabr, 11 dekabr və s. tarixlərdə erməni vətəndaşı olan şəxslər, habelə erməni hərbi qulluqçular Ermənistana təhvil verilib: “2020-ci ilin dekabrın 14-də Azərbaycan Respublikasının 14 vətəndaşı erməni əsirliyindən, həmçinin girovluğundan azad edilərək, vətənə gətirilib. 3 tərəfli bəyanata uyğun olaraq sonuncu proses 28 dekabrda həyata keçirilib. Azərbaycanda saxlanılan 58 erməni milliyyətli şəxs geri verilib. Azərbaycanda hələ 5 hərbçi və 2 mülki şəxs saxlanılır. Qarşı tərəfdə isə 2 mülki şəxs saxlanılır”.
Xəbəri paylaş