Newscenter.az.5.01.2021. “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi “Zəfər döyüşündə yazılan məktub” adlı film layihəsinin icrası ilə əlaqədar Göyçay Şəhidlər Xiyabanında görüş keçirib.
Newscenter.az xəbər verir ki, görüşdə Şəhid ailələri, Ziyalılar, Göyçay Gənclər və İdman idarəsinin rəisi Elşən Şirinov, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Zahidə Mirzəyeva, Qazilər, Gənclər, Göyçay İcra Hakimiyyəti və Göyçay informasiya agentliyinin nümayəndələri iştirak ediblər.
Giriş nitqini Birliyin sədri Əzizağa Atakişiyev açaraq, 44 günlük müharibə ərzində Şanlı Ordumuzun Azərbaycan tarixinin ən unudulmaz səhifəsini yazdığını qeyd etdi. O eyni zamada film haqqında məlumat verərək çəkilişlərin davam etdirildiyini və filmin şəhidlərimizin döyüş yolundan və onların şücaətli həyat yoludan bəhs olunacağını bildirdi. Dövlət başçımızın qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi, şəhidlərimizin qanı-canı bahasına əldə olunan bu möhtəşəm qələbə şanlı zəfəri kimi tarixlərdə gələcək nəsillərin xatirəsində əbədi yaşayacağını vurğuladı. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və şəhidlərin məzarları ziyarət edilərək gül dəstələri qoyuldu.
Qeyd etmək istərdik ki, layihənin məqsədi Göyçay rayonundan olan Aprel qəhrəmanı, şəhid Teymur Qasımov və II Qarabağ müharibəsindəki qəhramanlar və onların şücaətli həyat yolu haqqında film çəkməklə gənc nəslə vətənpərvərlik ruhu aşılamaq və şəhidlərimizin xatirəsini əbədiləşdirməkdir!