Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elvüsal Məmmədov: "Yanacağın qiymətini qaldırmaq xalqın vəziyyətini nəzərə almamaqdır"



Newscenter.az.6.01.2021. "Belə bir çətin mərhələdə yanacağın qiymətini qaldırmaq xalqın vəziyyətini nəzərə almamaqdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov səsləndirib. O, qeyd edib ki, bu xalq Vətən müharibəsində özü yeməyib cəbhəyə göndərəcək qədər fədakarlıq göstərib:

"Rəvadırmı xalqa bunu etmək?! Axı mövcud şəraitlə əlaqədar gəlir mənbəyindən məhrum olan yüz minlərlə insanımıza qiymət artımı yaxşı heç nə vəd etmir. Axı yanacaq qiymətlərinin artımı özü ilə birlikdə digər sahələrdə də analoji addımın atılmasını gətirəcəkdir. Neft ölkəsində o vaxt qiymət artımı başa düşüləndir ki, əhalinin gəlirləri stabil və yaxşıdır, orta aylıq gəlirin həcmi qiymət artımının həcmindən təsirlənməyəcək qədər qənaətbəxşdir".

Elvüsal Məmmədov bildirib ki, ən mühüm isə pandemiya və onun məşğulluğa öldürücü təsiri nəzərə alınmalı idi:

"Ümidvarıq ki, bu ölkənin əlaqədar qurumlarda təmsil olunan, xalqın səsinə hay verən, xalqla hökuməti bütövləşdirmək kimi müqəddəs vəzifəni icra edən millət vəkilləri xalqın halını nəzərə almayan düşüncə tərzinin verdiyi bu qərara münasibət bildirib onun, heç olmazsa, bu çətin mərhələdə ləğvinə çağırış edəcəklər".

Mehman
Xəbəri paylaş