Newscenter.az.6.01.2021. “Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın dövlət sərhəddini pozaraq Xankəndinə gəlməsi, rəsmən Ermənistanın Azərbaycana qarşı separatizmə dəstək verməsidir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Xankəndində separtçıların "XİN" rəhbəri David Babayanla memorandum imzalaması, 10 noyabr üçtərəfli bəyannaməsinə ziddir:
“Bu səfərlərə yaşıl işıq yandıran əsas katalizator Moskvadır. Əgər, Ermənistan tərəfi yenidən Xankəndində separatçılara dəstək verəcəksə, azərbaycanlıların bu ərazilərə köçməsi polimikadır. Göründüyü kimi Azərbaycanın dövlət sərhəddini keçərək Azərbaycan ərazisinə daxil olan qonşu ölkənin naziri birbaşa Azərbaycan əleyhinə fəaliyyətə dəstək verir. İlk növbədə Azərbaycan Rusiya və Ermənistana Azərbaycan əleyhinə qarşı yönəlmiş belə bir səfərlərə qarşı kəskin bir mövqe tutacağını bəyan etməlidir. Əgər, Ermənistan belə bir siyasəti davam etdirəcəksə, bu ölkə ilə sülh müqaviləsi və əlaqələrin normallaşdırılamasına getməyəcəyini bəyan etməlidir. Burada "Mehri" dəhlizi istisna olmaldıır. Çünki, "Mehri" dəhlizi Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olacaq” .
Politoloqun sözlərinə görə, Azərbaycan rəsmi Moskvanın diqqətinə çatdırmalıdır ki, Ermənistan rəsmilərinin Qarabağa səfərinin qarşısını alsın. əgər, qarşısını ala bilmirsə, bu, gələcəkdə yeni münaqişəyə gətirəcək və rəsmi Yerevanın Azərbycan ərazisində separtizmi dəstəkləməsi kimi qəbul ediləcək, dəhlizi bağalayacaq:
“Əgər, bu kimi səfərlərin qarşısı alınmasa, Baş nazir Nikol Paşinyan Xankəndinə gələrək növbəti dəfə avantürüst açıqlamalar verə bilər. Bu, bir dövlət rəhbərinin digər ölkə ərazisinə qanunsuz keçib separtizmə dəstək verməsi deməkdir. Təbii ki, belə bir ssenari Moskvada hazırlanır və Rusiya Azərbaycan Ermənistan arasında əlaqələrin normalaşdırılamasında maraqlı deyil. Dövlət başçısı İlham Əliyev Türkiyə ilə birgə təbii ki, belə bir planların qarşısnı ala bilər. Laçın Dəhlizi Azərbaycanın ərazisidir və buradan sabah silah-sursat və digər lojistik təminatlar Ermənistan ərazisindən keçirilib, Azərbaycana qarşı təxribatlara istifadə edilə bilər. Artıq Dağlıq Qarabağda separatçılar özlərini rahat hiss edir və onlara bu imkanı Rusiyanın buradakı sülhməramlı qüvvələri yaradır. Bu, çox təhlükəli bir prosesdir və ölkəmizə qarşı təzyiqlərin formalaşdırılmasına hesablanıb. Azərbaycan hakimiyyəti qətiyyətli şəkildə bu provakasiyaların qarşısını almalı, erməni silahlı terrorçularına qarşı əməliyyatları Xocavənd, Ağdərə ərazisində keçirməli, Ermənistan rəsmilərinin Xankəndiyə səfəri baş verərsə, Laçın dəhlizini bağlayacağını elan etməlidir”.
Mehman