Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Koronavirusun ən pis fəsadları müəyyən edildi



Newscenter.az.6.01.2021. Britaniya və Amerika tədqiqatçıları koronavirusa yoluxmuş insanların sağlamlığı üçün ən pis fəsadları müəyyənləşdiriblər.

Bu barədə “Mirror” xəbər verib.

Alimlərin məlumatlarına əsasən, COVID-19-dan sağalanlar sonrakı aylar ərzində fiziki zəiflik, ürək əzələsinin iltihabı, böyrəklərin zədəsi, həmçinin "başda dumanlanma", sidik ifrazı problemləri ilə qarşılaşa bilərlər.

Bundan başqa, koronavirusdan sağalanlar ürəkkeçmədən, insultdan və qıcolmadan əziyyət çəkə bilərlər. Bəziləri həmçinin yarım ilə qədər işə və həyatın normal ritminə qayıda bilməmələrindən şikayətləniblər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Anar TAĞIYEV
Xəbəri paylaş