Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəyal Bəşirov yazır: "Yanacağın bahalaşdırılması iqtisadi tələb idi, yoxsa ekoloji?



Newscenter.az.6.01.2021. Yanacağın qiymətinin qaldırılması zamanlama baxımından uğursuz olsa da, iqtisadi əsasları ola bilər. Ancaq, onun bütün əsaslarından danışıldı, hətta ekoloji cəhətdən uğursuz əsaslandırılmasına da çalışıldı, ancaq əslində real olaraq, heç nə deyilmədi. Elə o, ekoloji əsaslandırmağa çalışdıqları və bütün sahələrdə bahalaşmaya gətirəcək dizel yanacağının qaldırılmasının heç yeri deyildi.

Zənnimcə hazırki məqamda belə bir addımın atılmasının təklif edilməsi və onun uğursuz əsaslandırılmasına cəhdlər sübut edir ki, ölkədə hələ də, kifayət qədər əhəmiyyətli postlarda yerində olmayan çox şəxslər var. Hansı ki, istənilən addımı atıb dövlət babanın arxasında gizlənməyə çalışırlar.

Qiymət artımı təklifini irəli sürən qalıb bir kənarda, Tarif Şurasının nümayəndəsi çıxıb əsaslandırmağa çalışır. Şuradan soruşublar niyə qaldıraq, “Socar”dan da deyiblər ki, eqologiyadan zaddan danışarsız da.

Heç olmasa çıxıb əsaslandırın ki, pandemiya ili olub, iqtisadiyyat dayanıb, üstəgəl müharibə də oldu, biz postpandemiya ilə yanaşı, həm də postmüharibə dövrünə qədəm qoyuruq. Elə belə deyile, ölkənin 1/5 hissəsinin bərpa olunması durur qarşımızda.

Müharibə dövründə birləşən insanlarımızı, ekologiyadansa belə real əsaslarla inandırmaq olardı. Yoxsa, biri çıxıb çirklənmədən danışır. Biri çıxıb minimum əmək haqqı məbləğində dəfələrlə fərqin olduğu, iqtisadi əsaslar üzərində əsrlərlə dövlətçilik tarixi olan ölkələrdəki qiymətlərlə müqayisə edir.

Yaxşı olardı ki, barı Elman Rüstəmovdan nümunə götürün. Çıxıb devalvasiyadan danışır, devalvasiyanın bəlkə də, təsir göstərmədiyi cəmiyyətin az bir qismindən savayı heç kim onu və dediklərini anlamır.

Xəyal Bəşirov-siyasi ekspert
Xəbəri paylaş