Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat seçicilərin problemlərini həll etdi- Fotolar



Newscenter.az.7.01.2021. 96 saylı Goranboy-Naftalan seçki dairəsindən millət vəkili seçilən Anar Məmmədov növbəti dəfə seçicilərin müraciətini həll edib.

Newscenter.az xəbər verir ki, hər bir seçicini məmnun etmək, onlara xidmət etmək, onlara dövlətin qayğısını hiss etdirmək vəzifə borcu olmaqla bərabər, seçicilərimiz qarşısında bir məsuliyyətdir - deyə Anar Məmmədov vurğulayıb.

Anar Məmmədov qeyd edib ki, öncədən də xəbər verdiyim kimi, seçicilərimiz tərəfindən bizə ünvanlanan müraciətlərə dərhal reaksiya verir və hər birinin operativ şəkildə həll olunmasına çalışırıq.

Əfsuslar olsun ki, 2 dekabr 2020-ci il tarixində Goranboy rayonu Kürəkçay qəsəbəsində ümumi sahəsi 525 m² olan birmərtəbəli çoxmənzilli fin tipli yaşayış evində (arakəsmələri, tavanı və döşəməsi taxta konstruksiyalardan ibarət) ayrı-ayrı vətəndaşlara məxsus 5 mənzilin yanar konstruksiyaları və dam örtüyü 249 m² sahədə yanmışdır.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzil sahiblərindən biri, 1974-cü il təvəllüdlü Verdiyev Altay Paşa oğlu vəfat etmiş, həyat yoldaşı isə yanıq xəsarətləri almışdır.

"Bir neçə gün öncə yanğın nəticəsində yaşayış evləri zərər çəkmiş mənzil sahibləri bizə müraciət etmişdir. Göstərişimiz əsasında nümayəndəmiz ailələrin problemləri ilə maraqlandı, dəymiş zərərlə bağlı müvafiq zəruri işlərin görüləcəyini bildirdi. Bu gün artıq seçicilərimizin müraciəti öz həllini tapdı və nümayəndəmiz səlahiyyətlərimiz çərçivəsində gələcəkdə də lazımı köməkliyin göstəriləcəyini bildirdi.

Sonda bir daha hər bir seçicinin müraciətinə həssas yanaşdığımızı qeyd edərək, qaldırılan problemlərin həlli üçün bütün mümkün addımların atıldığını, karantin rejimində vətəndaşlarla onlayn görüşlərin bundan sonra da davam etdiriləcəyini bildirmək istərdim. İlk gündən qeyd etdiyim kimi, seçicilərimizi narahat edən məsələlərin həlli üçün əlimizdən gələni əsirgəməyəcəyik"-deyə o, əlavə edib.

Mehman

Xəbəri paylaş