Newscenter.az.8.01.2021. Söz azadlığı iddiasında olan Amerika sosial şəbəkələrdə öz prezidentinin səsini boğur. Bizim bəzi müxaliflər də internetin kəsilməsindən gileylənir.
ABŞ-da baş verən hadisələrlə bağlı dünyanın reaksiyasına diqqət yetirin. Dünya liderlərinin əksəriyyəti hadisələrə münasibət bildirərkən, demək olar ki, yalnız D.Trampı ittiham edirlər.
Adam yoldan keçən birisi deyil, 4 il ABŞ-a rəhbərlik edib, xarici siyasətində qərarlar verib, hərbi əməliyyatlarında söz sahibi olub və ümumilikdə dünyanı idarə ermək iddiasında olan ABŞ-ın bir dövlət kimi atdığı addımlara məsul şəxs olub!
İdarəetmə sisteminin özünəməxsusluqlarını da nəzərə alsaq, bu prosesdə onunla birlikdə həm də bütün dövlət aparatı məsul olub. İndi durub onu, ilk dəfə tanıdıqları bir şəxs kimi ittiham etmək və bunu Amerika demokratiyasına zidd hesab etmək nə dərəcədə doğrudur. Son 4 ildə ABŞ demokratiya sının başı olub Tramp!
Nəticələrindən asılı olmayaraq, hələ ki, ölkənin birinci şəxsi olan adam keçirilən Prezident seçkilərini qanunsuz və saxta hesab edir! Bu isə kimsəni deyil, ölkənin idarəetmə sistemini ittiham etməkdir! Və bu ittihama ölkənin milyonlarla vətəndaşı həmrəylik bildirir. Prosesin sonrakı gedişatından asılı olmayaraq baş verənlər ABŞ tarixinə ən az “Uotergeyt” hadisəsi qədər biabırçı hərflərlə yazılacaq!
Dünyanın demokratiya istehsalçısı iddiasında olan ölkənin “dərin dövləti” nə edir?! İnsanlığı idarə etmək məqsədi ilə, yaratdıqları yeni söz azadlığı platformaları olan sosial şəbəkələrdə əvvəlki kimi, dövlətin birinci şəxsinin səsini kəsir! Bu da söz azadlığı iddiasında olan dövlətin özünün söz azadlığına olan dözümü!
Nəticələrlə bağlı düşüncələrimi deyim ki, bu olanlar ABŞ-ın siyasətində, xüsusilə də xarici siyasi kursundə ciddi dəyişikliklərdən xəbər verir. Hətta, D.Trampın dönəmində bir çox razılaşmaların birtərəfli qaydada pozulması da baş verə bilər. Təxminən yüz il əvvəl prezident T.Ruzvelt və V.Vilsonun ABŞ-ın siyasi xəttində etdikləri kəskin dəyişiklik məzmunca fərqli də olsa təkrarlana bilər.
Xəyal Bəşirov-siyasi ekspert