Newscenter.az.8.01.2021. Prezident Ìlham Əliyevin Füzulidə beynəlxalq hava limanının inşa ediləcəyi açıqlamasıdan sonra bu məsələ əsas müzakirə mövzusuna çevrilib.
Xocalıda hava limanı olduğu halda Füzulidəki hava limanına nə ehtiyac var? Niyə, Qarabağa iki hava limanı? Niyə, Ağdamda yox, Füzulidə?
Və mən õz şəxsi analiz və fikirlərimlə deyim ki, bu, əslində, dõvlət başçısının Azərbaycanın bu günkü və gələcək perspektivi üçün vacib siyasi, geopolitik, regional, beynəlxalq, iqtisadi, sosial, mədəni və s. yõnlü hesablanmış plan, qərarıdır.
Füzuli hava limanının õlkəyə xeyir, əhəmiyyəti:
1. Xocalı hava limanı hələlik Sülhməramlıların nəzarəti altında olan, yəni, 4% Dağlıq Qarabağ münaqişə zonasındadır, tam effektli istifadəsi müvəqqəti çətinlik tõrədir. Qarabağın qalan 16 % işğaldan azad edilmiş hissəsinin tam sürətli inkişafı üçün bu ərazidəki hava limanı vacibdir.
2. Biz, Qarabağımızın azad edilmiş bu əsas, 16 faiz, 9 rayon hissəsi, rəsmi və faktiki bizdə olan zonasını praktiki də olaraq bizimkiləşdirməliyik. Ìqtisadi, təhlükəsizlik, sosial, əhali kõçürülməsi, tikinti-quruculuq, mədəni-turizm və s baxımdan. Bu, õlkə və beynəlxalq əhəmiyyətli zonaya təbii ki, müvafiq beynəlxalq hava limanı ehtiyacdır.
3. Və ən vacib məsələ. Üç tərəfli Bəyannaməyə əsasən Azərbaycana çox əhəmiyyətli Naxcıvan, Türkiyə arasında Ermənistan ərazisindən dəhliz açılır. Bu əslində mühüm, beynəlxalq əhəmiyyət daşıyan, Şimal-Cənub, Şərq-Qərb õtürücüsüdür. Dəmiryol, geniş qoşa şosse avtomagistral, qaz və neft, elektrik, rabitə və s. dəhlizi. Rusiya, Orta Asiyanı Türkiyə, Avropa və Ìran, Ərəbistanla Ìran Kõrfəzilə birləşdirən yük, sərnişin õtürücü vacib dəhliz. Bununla, Azərbaycan və Qarabağ zonası beynəlxalq iqtisadi-nəqliyyat, geosiyasi, mədəni qovşağa çevrilir. Belə halla Füzuli Azərbaycanın və Beynəlxalq Qovşağın cənub qapısına çevrilir!
Füzuli zonası õlkə və beynəlxalq strateji dəyərli gõmrük-vergi, sərhəd mühafizə, banklar, loqistik və yük anbarları, nəqliyyat dayanacağı, dəmiryol yüksəksürətli yük, sərnişindaşıma xəttləri və ən vacib digər sahələr üzrə Qovşaq, Qapıya çevrilir.
Bunlar da hamısı, həm Qarabağın Azərbaycanın çox vacib, beynəlxalq əhəmiyyətli tərkib hissəsi kimi dünya şüurunda oturuşub mõhkəmənməsi, həm, Azərbaycanın ümumi inkişafında lazimdır.
Ìndi düşünək, bu qədər əhəmiyyət daşıyan, belə vacib, õlkə xeyirli Füzuli zonası üçün beynəlxalq standartda, müvafiq hava limanı lazım deyilmi?
Və düşünək, Xocalı hava limanının Xankəndi və ətraf rayon kəndlərə sərnişin, poçt daşımaqdan başqa, hansı vacib strateji ümumõlkə və yaxud, beynəlxalq əhəmiyyəti var? Yəni istənilən halda, Qarabağda Sülhməramlısız, sabit və təhlükəsiz dõvrdə belə, Füzuli zonasında hava limanı çox vacibdir. Xocalı hava limanı daha az əhəmiyyət, səviyyəli olmaqla gələcəkdə Füzuli zonasındakı hava limanı onu, öz potensialı ilə əvəz edə bilər.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin sədri