Newscenter.az.8.01.2021. Salyan sakinlərindən qanunsuz ov silahı aşkar edilərək götürülüb.
Salyan Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları rayonun Düzənlik kəndində xidmətdə olan zaman 2 nəfər kənd sakininin qanunsuz ov etdikləri şübhə doğurduğundan onlara yaxınlaşıblar. Hər iki şəxsin üzərlərində gəzdirdikləri ov silahları sənədsiz olduğundan onlar şöbəyə dəvət edilib. Məlum olub ki, onlar Düzənlik kənd sakinləri -1988-ci il təvəllüdlü Xəlilov Elvin Güloğlan oğlu və 1967-ci il təvəllüdlü Əliyev Arif Maarif oğludur. Həmin şəxslərdən iki ədəd qanunsuz ov silahı, 2 ədəd patron və 1 ədəd çöl ördəyi aşkar edilərək götürülüb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır.