Newscenter.az.9.01.2021. Torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Gəncədən seçilən millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərovun Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, eləcə də döyüşlər zamanı yaralanan qazilərlə görüşləri davam edir.
Görüşlərdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ailə üzvlərinə və qazilərimizə dövlət tərəfindən göstərilən diqqətdən, qayğıdan danışılıb. Millət vəkilləri qeyd ediblər ki, şəhidlərimiz hər zaman qəlbimizdə əbədi yaşayacaq və onların xatirəsini, adını uca tutmaq, yaxınlarına, doğmalarına, ailə üzvlərinə ,Vətən müharibəsində sağlağını itirmiş qazilərimizə diqqət, qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.
Şəhid ailələrinin üzvlər, qazilər arzu və təkliflərini bildirməklə yanaşı onlara göstərilən diqqət və qayğıya görə ölkəmizin Başcısı, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edib, qazanılan uğurlarda, böyük Qələbədə “dəmir yumruğun”əhəmiyyətini xüsusi ilə vurğulayıblar.
Qeyd edək ki, millət vəkillərinin şəhid ailələri və müharibə qaziləri ilə görüşləri mütəmadi xarakter alıb.
Mehman