Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

E-dərslik portalına milyondan çox giriş qeydə alınıb



Newscenter.az.9.01.2021. "Google Analytics"in 2020-ci il dekabr ayının statistik göstəricilərinə əsasən, elektron dərslik portalı (e-derslik.edu.az) Azərbaycanda ən çox müraciət olunan internet resursları sırasında 22-ci yerdədir. Təkcə ötən ilin dekabr ayı üzrə portalın aktiv istifadəçi sayı 420 min, ümumi giriş sessiyalarının sayı isə 1,4 milyonu əhatə edib.

Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, portala ən çox giriş edən ölkələr ABŞ, Almaniya, Birləşmiş Krallıq, Niderland, Fransa, Rusiya, Ukrayna, Polşa, Türkiyə, ölkədaxili regionlarımız isə Bakı, Sumqayıt, Gəncə şəhərləridir.

Hazırda portalda ümumi və peşə təhsili üzrə 600-ə yaxın elektron dərslik mövcuddur. Bu dərsliklər video, qrafika və digər multimedia vasitələri ilə zənginləşdirilib.

R.Mehdiyeva
Xəbəri paylaş