Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Oxşar talelər



Newscenter.az.9.01.2021. Ümummilli Liderimiz Heydər Əliyev və Eduard Şevardnadze.

Hər ikisi rus ümumtəhsil məktəblərində oxumuş, hər ikisi sonradan DTK məktəbini keşmişdir. Hər ikisi əmək fəaliyyətinə 18 yaşında başlamışdır. Hər ikisi general-mayor rütbəsinədək yüksəlmişdir. Hər ikisi ixtisasca tarixçi olmuşdur. Belə ki, Şevardnadze 1959-cu ildə Kutaisi Pedaqoji İnstitunun tarix fakültəsini, Heydər Əliyev isə 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Hər ikisi sovet hakimiyyətinin ən yüksək pillələrinə qalxmış, hər ikisi Siyasi Büronun üzvü olmuşdur.

Şevardnadze də, Heydər Əliyev də birinci hakimiyyətləri dövründə öz ölkələrini on dörd il idarə etmişlər. (Heydər Əliyev 1969-1982-ci illərdə, Şevardnadze 1972-1985-ci illərdə) Şevardnadze də öz gələcək həyat yoldaşı Nanuli ilə 1948-ci ildə, Heydər Əliyev də Zərifə xanımla 1948-ci ildə tanış olmuşdur. Hər ikisinin bir oğlu və bir qızı var. Hər ikisi Sovet İttifaqının dağılmasından sonra müstəqillik dövründə öz ölkələrinə rəhbərlik etmişlər. Hər ikisi dalbadal iki dəfə prezident seçilmişdir. Hər ikisi prezident seçilməzdən qabaq ölkələrində parlament sədri olmuşdur.

Hər ikisi Sosialist Əməyi Qəhrəmanı adını almış, Lenin ordeni ilə təltif edilmişdir.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş