Newscenter.az.9.01.2021. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə videoformatda danışıqlar aparıb.
Bu barədə Newscenter.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Danışıqların gedişatında Türkiyə və Avropa Birliyi arasında ikitərəfli inkişaf məsələləri, həmçinin regional hadisələr müzakirə edilib. Rəcəb Tayyib Ərdoğan danışıqlar zamanı Avropa Birliyinin Türkiyənin gündəmində prioritet olduğunu söyləyib. Ölkə rəhbəri Gömrük Şurasını yeniləmək, Türkiyə vətəndaşları üçün viza azadlığını təmin etmək və ölkəsinin Avropa Birliyinə üzvlüyü haqqında danışıqlar təşəbbüsü zərurətini qeyd edib.
Prezident bildirib ki, qarşılıqlı etibarı, məsləhətləşmələr mexanizmini bərpa etmək, Türkiyə ilə bağlı ayrıseçkiliklərə, həmçinin ritorikaya son qoymaq lazımdır.
Dövlət başçısı həmçinin Türkiyənin gələcəyini Avropada gördüyünü bildirib.