Newscenter.az.12.01.2021. Bakı Ali Neft Məktəbinin əməkdaşları ötən ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10%-ni “YAŞAT” Fonduna köçürüb.
Ali Məktəbdən Newscenter.az-a verilən məlumata görə, ümumilikdə, 20 min 697 manat məbləğində vəsait Fonda ianə edilib.
Xatırladaq ki, Bakı Ali Neft Məktəbinin əməkdaşları ötən ilin oktyabr ayında işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsinə dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna aylıq vəzifə maaşlarından ianə ediblər.
Qeyd edək ki, “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılıb.