Newscenter.az.12.01.2021. Milli Məclisin deputatı Könül Nurullayeva “I Yay Təcrübə Məktəbi”nin gənc və uğurlu iştirakçılarını mükafatlandırıb.
Newscenter.az xəbər verir ki, sərt karantin rejimi qaydalarına riayət olunmaqla keçirilən görüşdə 23 gənc iştirak edib.
Qeyd edək ki, 2020-ci il, 1 iyul tarixindən start götürən təcrübə məktəbinin həyata keçirilməsində əsas məqsəd 2020-ci il “Könüllülər İli” ilə bağlı Azərbaycan Respublikası Prezidentinin çağırışlarına töhfə verərək gənclərin professional inkişafında müsbət rol oynamaq istəyi olub.
Millət vəkili Könül Nurullayeva deyib ki, gəncləri kiçik simvolik hədiyyə və keçid imtahanlarında göstərdikləri yüksək nəticələrə əsasən sertifikatlarla təltif edib: “Azərbaycan gəncliyinə daim akademik, professional və şəxsi inkişaf yolunda uğurlar arzulayıram!”.
Deputat onu da qeyd edib ki, maraq və səmərəliyi nəzərə alaraq, “II Yay Təcrübə Məktəbi” və bu tipli digər tədbirlərin mütəmadi şəkildə reallaşdırılması qarşıya hədəf qoyulub:
“Əziz gənclər, Sizləri davamlı olaraq tədbirlərimizdə görmək, bilik və bacarıqlarınızın inkişafına töhfə verməkdən şad olarıq!”.
Anar