Newscenter.az.12.01.2021. Fövqəladə Hallar Nazirliyi "Rifah Plaza” MMC-nin inzibati qaydada cərimə edilməsi barədə protokol tərtib edib.
"Report"un xəbərinə görə, Nəsimi Rayon Məhkəməsi protokola əsasən şirkəti cərimələyib.
"Rifah Plaza” İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci (tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına, habelə tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun həmin məcəllə ilə müəyyən edilmiş yazılı göstərişlərinə və qərarlarına əməl etməməyə görə) maddəsi ilə təqsirli bilinib.
Bu inzibati xətaya görə hüquqi şəxslər 15 manatdan 20 min manatadək məbləğdə cərimə edilir.
“Rifah Plaza” qərardan apellyasiya şikayəti verib.
Qeyd edək ki, “Rifah Plaza” MMC çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur.