Newscenter.az.13.01.2021. “Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən 61 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Newscenter.az-a verilən məlumata görə, 5 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S
Subyektin adı
Fəaliyyət istiqaməti
İmtina səbəbi
1
Səfərova Ziyafət Müseyib qızı
İstehsal
Sahibkar fəaliyyətini dayandırmışdır.
2
İsmayılov Vaqif Teymur oğlu
Topdan satış
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.
3
İbadov Emil Nazim oğlu
İstehsal
Sahibkar fəaliyyətini dayandırmışdır.
4
Vəliyev Dadaş Azadalı oğlu
İstehsal
Sahibkar fəaliyyətini dayandırmışdır.
5
"ZİRVƏ BROYLER" Məhdud Məsuliyyətli Cəmiyyəti
İlkin istehsal
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Orxan