Newscenter.az.13.01.2021. İslamabadda Azərbaycan, Pakistan, Türkiyə xarici işlər nazirləri - Ceyhun Bayramov, Mahdum Şah Mahmud Qureşi, Mövlud Çavuşoğlu arasında üçtərəfli görüş keçirilib.
Görüşdə dünya və regional məsələlər, o cümlədən regionda sülhə və təhlükəsizliyə qarşı təhdidlər, həmçinin koronavirus pandemiyası, ətraf mühitin mühafizəsi, iqlim dəyişiklikləri kimi məsələləri müzakirə edilib.
Xatırladaq ki, adıçəkilən formatda xarici işlər nazirlərinin ilk görüşü 2017-ci ilin noyabr ayında Bakıda keçirilmişdi.