Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Könül Nurullayeva 2021-ci ildə vətəndaşlarla ilk görüşünü keçirib-FOTOLAR



Newscenter.az.13.01.2021.Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayonu sakinlərindən Deputat Qərargahına daxil olan müraciətlər əsasında 2021-ci ildə ilk qəbulu həyata keçirib.

Həftə ərzində,ümumilikdə, 53 nəfərin birbaşa, telefon vasitəsi ilə və sosial şəbəkələr üzərindən müraciətlərinə baxılıb, 19 nəfərin müraciəti isə xüsusi karantin qaydalarına uyğun olaraq onlayn formatda keçirilən görüş zamanı dinlənilib. Müvafiq qurumlara təqdim etmək məqsədilə digər 34 nəfərin müraciəti isə nəzarətə götürülüb.

K.Nurullayevanın Deputat Qərargahından Newscenter.az-a verilən məlumata görə, bu görüş 2021-ci ildə nəzərdə tutulan ilk onlayn qəbuldur. Görüşlər mütəmadi qaydada davam edəcək. Növbəti görüş 2021-ci il yanvarın 22-nə planlaşdırılır.

Anar

Xəbəri paylaş