Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həbs edilən icra başçısının oğluna prokurorluq orqanlarında vəzifə verildi



Newscenter.az.13.01.2021. Ağstafa Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev Prokurorluq orqanlarında yeni təyinat alıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə sərəncamda olan Ramal Quliyev Quba rayon prokurorunun köməkçisi təyin edilib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və N.Quliyev həbs edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyev N.Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Daha sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, R.Quliyev Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiqi vəzifəsindən azad olumuşdu.

Qeyd edək ki, təyinatla bağlı ilk xəbəri unikal.org saytı yayıb.
Xəbəri paylaş