Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ICESCO-nun Baş direktoru Azərbaycan Prezidentinə Qələbə münasibətilə xatirə hədiyyəsi verib



Newscenter.az.13.01.2021. Yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qələbə münasibətilə xatirə hədiyyəsini təqdim edib.

Görüş çərçivəsində dövlət başçısı Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə xatirə şəkili çəkdirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Xəbəri paylaş