Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşğaldan azad edilən şəhər və rayonlara marşrutların açılması üzrə pasportlar hazırlanır



Newscenter.az.18.01.2021. 2020-ci ilin yanvar ayında işğal altından azad olunan Cocuq-Mərcanlıya ilk marşrut xəttinin açılışı təmin edilib.

Newscenter.az xəbər verir ki, bu fikirləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov 2020-ci il üzrə avtomobil nəqliyyatı ilə daşımalara dair görülən işlərin hesabatını təqdim edərkən səsləndirib.

O, bildirib ki, ilin sonunda Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti, qətiyyəti, iradəsi və əzmi, rəşadətli ordumuzun şücaəti və qəhrəmanlıq nümayişi ilə tarixi və əzəli torpaqlarımızın işğaldan azad edilən şəhər və rayonlarına marşrutların açılması üzrə pasportlar hazırlanaraq, daşıyıcıların müəyyən edilməsi üçün qanunauyğun müsabiqələrin keçirilməsinə dair hazırlıq işlərinin təşkil edilməsi ilə bağlı müvafiq əmr artıq hazırlanıb.

Sevinc
Xəbəri paylaş