Newscenter.az.18.01.2021. Daxili İşlər Nazirliyinin "102" Xidmətinə daxil olan məlumatlar üzrə görülmüş operativ cavab tədbirləri ilə 2 288 cinayət "isti izlər"lə açılıb.
Bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.
Nazir eləcə də "Təhlükəsiz şəhər" sisteminin imkanları ilə 477 cinayətin açıldığını, axtarışda olan 94 avtomobilin saxlanıldığını vurğulayıb.