Newscenter.az.18.01.2021. Dövlət Avtomobil Nəqliyyatı Xidməti və onun yerli qurumları tərəfindən inzibati xətalara dair işlər üzrə 2020-ci ilin 12 ayı ərzində 803 protokol tərtib olunub.
Xidmətdən Newscenter.az-a bildirilib ki, onlardan 112-si üzrə qərar qəbul edilərək aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilib.
Həmçinin, xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən 10232 nəfər taksi ilə sərnişindaşıma və 9086 nəfər yükdaşıma xidməti göstərən sürücü barədə məlumatlar "icaze.e-gov.az" portalına yerləşdirilib.
2020-ci ilin yanvar-dekabr ayları ərzində verilmiş 104 828 ədəd fərqlənmə nişanı üzrə 1 815 440 manat məbləğində vergi ödənilib. Bunlardan, 13 078 ədəd şəhərdaxili, 4 683 ədəd şəhərlərarası, 16 426 ədəd taksi, 63 656 ədəd yükdaşıma, 2 652 ədəd sifarişlə və 4333 ədəd xüsusi fərqlənmə nişanı təqdim edilib.
Sevinc