Newscenter.az.18.01.2021. 2020-ci ildə Azərbaycanda ümumilikdə 26 004 cinayət qeydə alınıb.
Bunu daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.
O bildirib ki, cinayətlərin 86,7 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib: "Ölkəmizdə cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə davam etdirilib, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 8 fakt azalaraq 257 olub".