ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Sabah qar yağacaq

19-01-2021, 13:30



Newscenter.az.19.01.2021. Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Yanvarın 20-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yolların buz bağlayacağı gözlənilir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR