Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıllıya güclü qar yağıb-FOTOLAR



Newscenter.az.20.01.2021. Yanvar ayının 19-u səhər saatlarından başlayan sulu qar sonradan qarla müşahidə olunub. Yağan qarın qalınlığı 30-40 santimetrə çatıb. İsmayıllı rayonunda qarın yağması özünəməxsus gözəllik yaradıb. Meşələrinin qarlı mənzərəsi də göz oxşayır.

Newscenter.az-a daxil olan xəbərə görə, şəhər ərazisində və kəndlərdə qarın qalınlığı 30 santimetr, dağlıq ərazilərində isə 40 santimetr müşahidə edilir. Yağan qar rayonda su, qaz və rabitə sahəsinə elə də ciddi problem yaratmayıb. Elektrik verilişində yaranmış kəsilmələr qısa müddət ərzində bərpa edilib.

Qarlı hava şəraiti İsmayıllının avtomobil yollarında hərəkətin intensivliyinə öz təsirini göstərib. Rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsinə başlanılıb. Yaranmış vəziyyətlə əlaqədar 19-u gecədən etibarən “9 saylı Yol İstismarı” MMC tərəfindən qarın yaratdığı çətinliklər aradan qaldırılır. Yollara duz və qum qarışığı səpilir. Hazırda texnika və canlı qüvvə tərəfindən yollarda hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə müvafiq işlər görülür.

Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yollarda nəqliyyat vasitələrinin hərəkəti tam təmin edilib.

Anar
Xəbəri paylaş