Newscenter.az.20.01.2021. Ermənistanın baş naziri Nikol Paşinyanın hələ jurnalist olduğu dönəmdə yazdığı məqalə yenidən gündəmə çıxıb.
Yazı 1998-ci il fevralın 11-də Ermənistanın “Molorak” qəzetində dərc olunub.
Ermənilərin düşüncəsini sorğulayan N.Paşinyan “Ermənilər və azərbaycanlılar xoşbəxt xalqlardır” başlıqlı məqaləsində “Azərbaycan-türk qurbanları” ifadəsinin niyə “ermənilərin şüurunu qaraltdığını” sual edir.
Daha sonra isə o qeyd edir:
“Yanvarın 20-də mən də Bakıdakı 1990-cı il qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdim”.
Nikol Paşinyanın 23 il öncə yazdığı məqalə Ermənistanın İkinci Qarabağ müharibəsində məğlub olması fonunda ölkədə yenidən müzakirələrə səbəb olub