Newscenter.az.20.01.2021. Türkiyə Milli Müdafiə Nazirliyi sosial şəbəkədə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar paylaşım edib.
Paylaşımda deyilir:
"1990-cı ilin 20 Yanvar tarixində qardaş Azərbaycanda yaşanan və Qara Yanvar olaraq tanınan soyqırımda şəhid edilən qardaşlarımızı rəhmətlə yad edir, Azərbaycanın Milli Matəm Günündə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik".
Qeyd edək ki, bu gün 1990-cı il 20 Yanvar hadisələrindən 31 il ötür.
Unutmadık, Unutmayacağız!#KaraOcak #KanlıYanvar pic.twitter.com/D48onJsOsH
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) January 20, 2021