Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən il Azərbaycanda baş vermiş yanğın hadisələrinin sayı açıqlanıb



Newscenter.az.21.01.2021. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində 2019-cu və 2020-ci illər ərzində təhqiqatı aparılmış yanğınların statistik göstəricilərinin müqayisəli təhlili aparılıb.

Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2020-ci il ərzində Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən əhali, müəssisə və təşkilatlarda aparılan profilaktiki və maarifləndirmə tədbirlərinin nəticəsi olaraq, insan tələfatı 4, xəsarət alanların sayı 113 fakt, yanğınların vahid statistik uçotuna daxil edilmiş yanğınların ümumi sayı 203, yaşayış sektorunda yanğınlar 157, ticarət obyektlərində 22, əkin sahələrində yanğınların sayının isə 14 fakt az qeydə alındığı müəyyən edilib.
Xəbəri paylaş