Newscenter.az.23.01.2021. Bakı şəhəri Nizami rayonu, eyni zamanda digər rayonlardan Deputat Qərargahına daxil olan müraciətlər əsasında Milli Məclisin deputatı Könül Nurullayeva növbəti vətəndş qəbulu reallaşdırıb. Sərtləşdirilmiş karantin qaydalarına uyğun olaraq onlayn formatda baş tutan əvvəlki qəbullardan fərqli olaraq, bugünki qəbul canlı şəkildə həyata keçirilib.
Newscenter.az-a Könül Nurullayevanın Deputat Qərargahından verilən xəbərə görə, həftə ərzində, onlarla sakinin birbaşa, telefon və sosial şəbəkələr üzərindən müraciətlərinə baxılıb, onlardan bəziləri canlı görü zamanı dinlənilib.
Bildirilib ki, daxil olan və dinlənilən müraciətlərin böyük bir qismi məşğulluq, sosial yardım və təminat mövzularını əhatə edib. Qeyd edilən müraciətlər müvafiq qurumlara təqdim etmək məqsədilə nəzarətə götürülüb.
[/b]
Qeyd edək ki, növbəti görüş üçün aşağıda nömrələrlə əlaqə yaradaraq qeydiyyatdan keçmək olar.
012 422 22 41
055 276 23 75
Anar