Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Depozit Mərkəzi yeni strateji planını açıqlayıb



Newscenter.az.25.01.2021. Milli Depozit Mərkəzi (MDM) 2021-2025-ci illəri əhatə edən yeni strateji planını açıqlayıb.

Bu barədə qurumun İdarə Heyətinin ötən ilin yekunlarına həsr edilmiş iclasında məlumat verilib.

Plana əsasən, yaxın 5 il üzrə əsas hədəflər beynəlxalq əlaqələrin genişləndirilməsi məqsədilə xarici depozitar və qlobal kastodianlarla əlaqələrin qurulması, risklərin idarə edilməsi və komplayns sistemlərinin yaradılması, Mərkəzin fəaliyyətinin ictimaiyyətə daha geniş işıqlandırılması məqsədilə kapital bazarının təşviqi üzrə müasir informasiya platformasının yaradılması, biznes proseslərin idarə olunması üzrə yeni prosedur çərçivənin formalaşdırılması və qurumun kadr potensialının inkişaf etdirilməsidir.
Xəbəri paylaş