Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub



Newscenter.az.27.01.2021. Yanvarın 27-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov dəniz quldurlarının hücumuna məruz qalmış gəmi heyətinin öldürülmüş azərbaycanlı üzvünün nəşinin vətənə gətirildiyini qeyd edərək, bu müddət ərzində məsələnin xüsusi diqqətdə saxlanılması, əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçirilməsi və göstərdiyi yardıma görə qardaş Türkiyədən olan həmkarına təşəkkürünü bildirib.

Nazir, həmçinin gəmi heyətinin əsir götürülmüş 15 üzvünün taleyi ilə, həyata keçirilən xilasetmə tədbirləri ilə maraqlanıb və sözügedən Türkiyə vətəndaşlarının tezliklə ölkələrinə geri qayıtmalarını arzu edib.

Xatırladaq ki, ötən gün də Ceyhun Bayramovun Mövlud Çavuşoğlu ilə telefon danışığı olub. Nazirlər dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində öldürülmüş azərbaycanlının nəşinin Vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Xəbəri paylaş