Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim edib



Newscenter.az.27.01.2021. Azərbaycanın yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev kollektivə təqdim edilib.

Newscenter.az-a nazirlikdən daxil olan məlumata görə, yeni naziri Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirliyin kollektivinə təqdim edib.

Xatırladaq ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı sərəncamla Ramin Quluzadəni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edib və onun yerinə Rəşad Nəbiyev təyin olunub.

Sevinc
Xəbəri paylaş