Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngilanlı qazilərlə gənclərin görüşü keçirilib



Newscenter.az.28.01.2021. Zəngilan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə «Vətən müharibəsi»ndə iştirak edən Zəngilanlı bir neçə gənc qazi ilə online görüş keçirilmişdir.

Newscenter.az xəbər verir ki, görüşün keçirilməsində əsas məqsəd gəncləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək, həmçinin Vətən müharibəsi şəhidlərinin və qazilərinin gənclər arasında tanıdılmasından ibarət idi.

Tədbirdə Vətən müharibəsi qazilərindən İsmayılov Vüsal Yunis oğlu, Həsənov Kənan Baloğlan oğlu, həmçinin, Zəngilan rayon Prokurorunun Böyük köməkçisi Nazim Zeynalov, Zəngilan rayon İcra hakimiyyətində şöbə müdirinin müavini Elmar Quliyev, Rayon Təhsil şöbəsinin müdiri Kənan İmaməliyev, YAP-ı Zəngilan rayon Gənclər Birliyinin sədri Nərmin Hüseynzadə, I Qarabağ müharibəsi veteranı, e/o polkovnik, hərbi jurnalist, şair Mahir Cavadlı, I Qarabağ müharibəsi veteranı, e/o polkovnik-leytenant, əməkdar müəllim Bayram Məmmədov, I Qarabağ müharibəsi veteranı, Azərbaycan Respublikası Şəhid ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Novruz Qəriboğlu, fəal gənclər və ümümtəhsil məktəblərinin Hərbi rəhbərləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Quluzadə ilk öncə Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn gənclər barədə məlumat verərək bildirdi ki, bu haqq davasında zəngilan rayonundan 10 şəhid (1-i mülki olmaqla), 40-a yaxın gənc hərbiçilərimiz isə müxtəlif bədən xəsarətləri almışdır. Şəhidlərimizdən 6-sı (ölümündən sonra), yaralı əsgər və zabitlərimizdən isə 30-u müxtəlif orden, medal və rayonların azad edilməsinə görə təltiflərə layiq görülmüşlər.

Digər çıxış edən natiqlər isə belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin qorunmasında vətənpərvərlik tərbiyəsinin yeri və rolunun əvəzsiz olduğunu, vətənpərvərlik tərbiyəsi sahəsində yeni layihələrin reallaşdırılması, gənclərimizin hərbi xidmətə həvəsləndirilməsi, müasir texnologiyalar vasitəsilə Azərbaycan tarixinin gənclər arasında öyrənilməsində virtual imkanların yaradılması, həmçinin Vətən uğrunda qanından, canından keçən qəhrəmanlarımızı daim diqqət mərkəzində saxlanmalı olduğunu, gənclərimizin bütöv və müstəqil Azərbaycan naminə səylə çalışmalı, öz siyasətində onlara arxalanan Azərbaycan Prezidenti İlham Əliyevin etimadını doğrultmalı olduğunu qeyd etmişlər.

Sonra tədbirdə iştirak edən gənclərə söz verilmiş, onlar da belə tədbirlərin davamlı keçirilməsinin onların vətənpərvər ruhunda tərbiyə olunmasında böyük rol oynadığını bildirmişlər.

Mehman
Xəbəri paylaş