Azərbaycan, Türkiyə və İran XİN başçıları yaxın vaxtlarda görüşəcək
Tarix: 29-01-2021, 12:55
Newscenter.az.29.01.2021. “İran, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin toplantısı yaxın zamanlarda İranda keçiriləcək”.
“Report” xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 29-da İstanbulda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Türkiyənin Qafqaz mövzusundakı əməkdaşlığı bölgə ölkələri və xalqları üçün faydalı olacaq”, - o deyib.