Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşğaldan azad olunan 3 dövlət qoruğunda qiymətləndirmə aparılır



Newscenter.az.29.01.2021. “İşğaldan azad edilən ərazilərdə dəymiş ziyanla bağlı ilkin qiymətləndirmə işlərinə başlanılıb. Növbəti illərdə beynəlxalq ekspertlərin də bu işə cəlbi nəzərdə tutulur”.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov işğaldan azad olunmuş ərazilərdəki ekoloji durum, görülən və görüləcək işlərlə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, həmin ərazilərdə olan Daşaltı, Arazboyu və Bəsitçay dövlət təbiət qoruğunda qiymətləndirmə işləri aparılır: “Yekun nəticələr aidiyyəti üzrə dövlət qurumlarına təqdim olunacaq”.
Xəbəri paylaş