Newscenter.az.29.01.2021. AŞPA-nın Yanvar Sessiyası ilk dəfə olaraq hibrid (onlayn və offlayn) formatda baş tutub.
Newscenter.az xəbər verir ki, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Könül Nurullayevanın verdiyi məlumata görə, 25-28 yanvar tarixlərində keçirilən tədbirin budəfəki geniş gündəliyində COVID-19 pandemiyasına qarşı vaksinləşmə prosesi, Avropada etnik ayrı-seçkiliyin araşdırılması, Avropa İnsan Hüquqları Məhkəməsi və hakimlər ilə bağlı müzakirələr, QHT-lərin fəaliyyət prinsipləri ilə əlaqədər olaraq hesabat dinləməsi və dünyanı narahat edən siyasi məsələlər üzrə debat sessiyaları daxil edilib:
“AŞPA-nın yanvar sessiyasını Azərbaycan nümayəndə heyəti üçün kifayət qədər uğurlu hesab etmək olar. Məhz heyətin səyləri nəticəsində erməni nümayəndə heyətinin AŞPA-nın qış sessiyasının gündəliyinə Azərbaycanla bağlı hərbi əsirlərə dair məsələni və Monitorinq Komitəsinin təqdim etdiyi hesabatla əlaqəli 4 əlavə dəyişikliyi daxil etmə cəhdləri iflasa uğradı".
Deputat qeyd edib ki, ümumi onlayn sessiya, eləcə də AŞPA-nın “Gender Bərabərliyi və Qeyri-Diskriminasiya” və ”Sosial Əlaqələr, Səhiyyə və Dayanıqlı İnkişaf” komitə iclaslarında Azərbaycan nümayəndə heyətinin üzvü qismində onlayn şəkildə iştirak etməkdən məmnun oldum:
"Sessiyalar boyunca səsvermə prosesində iştirak etdim, QHT-lərin fəaliyyəti, vaksinləşmə prosesi, eyni zamanda, Avropada etnik ayrı-seçkilik məsələləri haqqında fikirlərimi yazılı şəkildə aiddiyyatı üzrə komitələrin rəhbərliyinin diqqətinə çatdırdım”.
Anar