Newscenter.az.29.01.2021. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında görüş başlayıb.
“Report” xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərində keçirilir.
Nazirlər ikitərəfli münasibətləri, regional və beynəlxalq prosesləri müzakirə edirlər.
Qeyd edək ki, İran XİN başçısı regional tur çərçivəsində daha öncə Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstanda səfərdə olub.