Newscenter.az.30.01.2021. 10 niyabr bəyanatından sonrakı dövrdə Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin mübadiləsi prosesi çərçivəsində 55-dən çox Ermənistan, 15 isə Azərbaycan vətəndaşı vətənlərinə qaytarılıb".
Newscenter.az xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti Mərkəzinin hərbi rəsmisi polkovnik Dmitri Perepelkin keçirdiyi brifinqdə məlumat verib.
O, bildirib ki, Rusiya sülhməramlı kontingentinin komandanlığının səyləri ilə yanvarın 28-də Azərbaycanla Ermənistan arasında daha bir hərbi əsir mübadiləsi həyata keçirilib. Belə ki, 1 Azərbaycan vətəndaşı Bakıya, 5 Ermənistan vətəndaşı isə İrəvana qaytarılıb.