Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası hazırlanır



Newscenter.az.30.01.2021. Nazirlər Kabineti Dövlət Statistika Komitəsinə (DSK) tapşırıqlar verib.

"Report" xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması barədə" sərəncamda əksini tapıb.

DSK cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədilə 2020-ci ilin ilkin statistik məlumatlarını 2021-ci il fevralın 5-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidir.

Həmçinin Dövlət Komitəsi növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin və toplu maliyyə balansının hazırlanması üçün zəruri statistik məlumatların mütəmadi olaraq İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə və digər əlaqədar təşkilatlara təqdim edilməsini təmin etməlidir.
Xəbəri paylaş