Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil naziri: "Şagirdin dərsdə əyani iştirak edib-etməməsi valideynin səlahiyyətindədir"



Newscenter.az.30.01.2021. “Yoluxma dinamikasından asılı olaraq biz çalışacağıq ki, qısa zaman ərzində fevralın 15-nə qədər məktəblərdə ənənəvi təhsilə qismən də olsa qayıdaq”.

Newscenter.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bir qisim valideynlər var ki, bu cür açılışın əleyhinədir:

“Əsasən, düşünürük və görürük ki, valideynlər məktəblərin açılmasına daha çox müsbət reaksiya verirlər. Təbii ki, dərslərdə şagirdin əyani iştirak edib-etməməsi valideynlərin səlahiyyətindədir”.
Xəbəri paylaş